Ana Menü

Anasayfa
Yazılarım
Şiirler
Foto Galeri
Videolar
Tüm Yazılarım
Özgeçmişim
İletişim
Haber Beslemeleri
Şiirler
Anasayfaya DönAnasayfa » Azeri Şiirler

DƏDƏ ANAR AMİN DEYİNƏNDƏ GƏL Şair

anar-amin


Laləni tülpanı dərmək istəsən

Sinənin üstünə sərmək istəsən

Qardaş biz tərəfi görmək istəsən

Dağlar yaşıl tuman geyinəndə gəl


Qaranlıq ünüynən işıq səsiynən

Kasa dolmağıynan qaşıq səsiynən

Rəssam fırçasıynan aşıq səsiynən

Şair şeiriynən öyünəndə gəl


Qurğuşun əriyib qırma olanda

Tüfəngin halını sorma dolanda

Arpa kirkirədə yarma olanda

Buğda dəyirmanda üyünəndə gəl


Yoxa cansızlaşıb həyə canlanıb

Çadırlar qurulub dəyə canlanıb

Sevincdən fərəhdən həyəcanlanıb

Ürəyim gupba gup döyünəndə gəl


Atadan anadan qardaşdan küsüb

Gördüyün hər dağdan hər daşdan küsüb

Yoldaşdan inciyib sirdaşdan küsüb

Dədə Anar Amin deyinəndə gəl

Bu şiir 230 kişi tarafından okundu.  
Şiir Oylama
  • Boya 5.00/5

Beğeni Derecesi : 5.0% / 1 kisi tarafindan oylandi.

YazarYorumu
Bu şiir için henüz yorum yapılmamış.
Sadece kayıtlı kullanıcılar yorum yazabilirler. Lütfen üye girişi yapın ya da kayıt olun

Joomla! Şiirler Bileşeni v.1.0.1
By Hasan ERZİ
Çeviri by : Murat GÖKMEN
 

İtalya

IĞDIR HAVA DURUMU

IGDIR
Tasarim: www.metinyildirim.biz | Özgür ŞEViK
© 2010 Metin YILDIRIM